Konqo Demokratik Respublikasının şərqində Ebola virusuna yeni yoluxma halı aşkarlanıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Ebola virusuna yoluxan qadın dünyasını dəyişib: “Ebola virusuna yoluxan qadın fevralın 1-də Şimali Kivu əyalətinin Butembo dairəsinin Biena rayonunda aşkarlanmışdı. Onun həyat yoldaşı yerli xəstəxanaya müraciət etmişdi. Ebola virusuna yoluxan qadın fevralın 3-ü vəfat edib. Aparılan müayinələr ilkin diaqnozu təsdiq etdi”.
Bildirilir ki, virus aşkarlanan rayona mütəxəssislər briqadası göndərilib, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq xidmətləri məlumatlandırılıb.
Biena rayonunda digər yoluxma halları aşkarlanmayıb.