Konqoda baş vermiş partlayışda azı 6 nəfər həlak olub, xeyli sayda yaralı var

Konqo Demokratik Respublikasının şimal-şərqindəki Şimali Kivu
əyalətinin Qoma şəhərində baş verən partlayış nəticəsində azı 6
nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə ölkənin kommunikasiya naziri
Patrik Muyaya öz “Twitter” səhifəsində bildirib.

Məlumata görə, daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.

“Daha əvvəl xəbər verildiyi kimi səkkiz nəfər deyil, altı nəfər
vəfat edib. Digər iki nəfər ağır vəziyyətdə xəstəxanaya
çatdırılıb”, – nazir bildirib.

O bildiribki, hazırda partlayışın xarakterini və mənşəyini
dəqiqləşdirmək çətindir.

Teqlər: