Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Konqo Demokratik Respublikasında son iki ay ərzində 165 uşaq naməlum xəstəlikdən ölüb.

Trend-in məlumatına görə, xəstəlik ölkənin cənub-qərbində yayılıb.

Qeyd olunur ki, yoluxma halları ilk dəfə avqustun sonunda müşahidə olunub.


Yerli həkimlərdən birinin sözlərinə görə, xəstəlik malyariyaya bənzəsə də anemiya ilə müşayiət olunur. Xəstəliyə beş yaşınadək uşaqlar yoluxur.