Konqo Demokratik Respublikasının qərbindəki həkimlər son həftələrdə yaşlı insanların naməlum xəstəlikdən 15-ə yaxın ölüm halını qeyd ediblər.
AzerTimes-ın məlumatına görə, bu barədə “Agence France-Press” agentliyi Kvanqo vilayətinin hakimiyyət orqanlarına istinadən bildirib.
Vilayətin qubernatoru Jan-Pari Peti bildirib ki, 60 yaşdan 80 yaşa qədər 15 nəfərin öldüyü xəstəliyin səbəbləri hələ müəyyənləşdirilməyib:
“Xəstəlik baş ağrısı ilə başlayır, sonra ağrı bütün bədəndə hiss olunur. Bundan sonra nəfəs alma çətinliyi yaranır və bəzi hallarda ölümlə nəticələnir”.