Bu gün “Qarabağ” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
AzerTimes xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə “Aşdod”un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21-də başlanacaq. Qarşılaşmanı serbiyalı hakim Novak Simoviç idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyunda qapılara qol vurulmayıb.
UEFA Konfrans Liqasındakı digər təmsilçimiz, Ölkə kubokunun qalibi “Keşlə” Rusiyanın “Soçi” klubunu qəbul edəcək. Qarşılaşma saat 20-də start götürəcək vıə “İdman TV”də canlı yayımlıanacaq. Matçı Belarusdan olan referi Viktor Şimusik idarə edəcək. Paytaxt klubu səfərdəki oyunda rəqibinə 0:3 hesabı ilə uduzub.
Premyer Liqanın bürünc mükafatçısı “Sumqayıt” isə doğma arenada Serbiyanın “Çukariçki” komandası ilə üz-üzə gələcək. “Gənclik şəhəri” təmsilçisi Belqraddakı görüşdə qolsuz heç-heçə edib. Oyun saat 20:00-da başlanacaq. Qarşılaşmanın baş hakimi danimarkalı Yorgen Burxardt olacaq.