Azərbaycanın “Qarabağ” futbol klubu Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.
AzerTimes-ın məlumatına görə, Ağdam təmsilçisi Bakıda keçirilən qarşılaşmada Yunanıstanın AEL klubunu minimal hesabla məğlub edib – 1:0.
Oyunda yeganə qolu 87-ci dəqiqədə Kadi vurub.
Qeyd edək ki, ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.
Beləliklə, “Qarabağ” Konfrans Liqasının “pley-off” mərhələsinə vəsiqə qazanıb.