Konfrans Liqasının finalı Yunanıstandan Macarıstana keçirilə bilər.
AzerTimes xəbər verir ki, bu barədə NS-INFO məlumat yayıb.
Məlumata görə, yerli hüquq-mühafizə orqanları Yunanıstanda qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir. Buna görə liqanın finalı Budapeştdə keçirilə bilər.
Qeyd edək ki, Konfrans Liqasının finalı “Olimpiakos” – “Fiorentina” arasında mayın 29-u keçiriləcək.