Konfrans Liqası: 1/8 finalın püşkü atıldı

Konfrans Liqası: 1/8 finalın püşkü atıldı

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

AzerTimes xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi “Fənərbağça”nın da rəqibi bəlli olub.

UEFA Konfrans Liqası

1/8 final mərhələsi

“Servett” (İsveçrə) – “Viktoriya” (Çexiya)

“Ayaks” (Niderland) – “Aston Villa” (İngiltərə)

“Molde” (Norveç) – “Brügge” (Belçika)

“Union” (Belçika) – “Fənərbağça” (Türkiyə)

“Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan)

“Şturm” (Avstriya) – “Lill” (Fransa)

“Makkabi” (Hayfa, İsrail) – “Fiorentina” (İtaliya)

“Olimpiakos” (Yunanıstan) – “Makkabi” (Təl-Əviv, İsrail)

Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.

Teqlər: