Konfrans Liqası: 1/4 final mərhələsinin ilk oyunları

Konfrans Liqası: 1/4 final mərhələsinin ilk oyunları

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

AzerTimes xəbər verir ki, günün ilk görüşlərində “Legia” klubu “Çelsi” ilə, “Real Betis” “Yagelloniya” ilə üz-üzə gələcək.

Günün son oyunlarında isə “Selye” “Fiorentina”nı, “Dyürqarden” isə “Rapid”i qəbul edəcək.

Qeyd edək ki, cavab görüşləri aprel ayının 17-də keçiriləcək.

10 Aprel

UEFA Konfrans Liqası

1/4 final mərhələsi

Saat 20:45, “Legia” – “Çelsi”;

Saat 20:45, “Real Betis” – “Yaqelloniya”;

Saat 23:00, “Selye” – “Fiorentina”;

Saat 23:00, “Dyürqarden” – “Rapid”.

Teqlər: