Kommunikasiyalar açılsın, amma “dəhliz”… – İrəvan

Kommunikasiyalar açılsın, amma “dəhliz”… – İrəvan

Ermənistan heç vaxt heç bir ekstraterritorial dəhliz verməyə razı olmayıb və olmayacaq. Regional kommunikasiyalar tərəflərin suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı prinsipləri əsasında blokadadan çıxarılmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

Sanosyan qeyd edib ki, İrəvanın mövqeyi dəyişməz olaraq qalır – “dəhliz” məntiqi yoxdur.

Eyni zamanda, o, Ermənistanın yüksək səviyyədə əldə olunmuş razılaşmalara sadiq qaldığını vurğulayıb.

Teqlər: