Ermənistan üçün prioritet məsələ kommunikasiya yollarının açılması və ölkənin blokadan çıxması olmalıdır.
AzerTimes-ın Erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, dəmir yolu xətlərinin açılması Ermənistanda xammaldan daha səmərəli istifadəyə səbəb olacaq.