Kommunikasiya Strategiyasının icrası ilə bağlı işçi qrupun görüşü keçirilib

Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin
Kommunikasiya Strategiyasının icrası məqsədilə yaradılan “İşçi
qrup”un görüşü keçirilib.

Görüşdə Müdafiə Nazirliyinin müxtəlif qoşun növü, müəssisə və
təşkilatlarının məsul vəzifəli şəxsləri, eləcə də “İşçi qrup”un
üzvləri nazirliyin Kommunikasiya Strategiyasının təkmilləşdirilməsi
istiqamətində görülən işləri müzakirə ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə
ordumuzda aparılan islahatlar, əldə edilən uğurlar və tətbiq edilən
yeniliklər barədə məlumatların operativ çatdırılması zəruri
informasiya fonunu yaratmaqla ictimaiyyətin maarifləndirilməsini,
vətəndaş məmnunluğunu, eləcə də dövlət-xalq-ordu birliyinin
möhkəmləndirilməsini təmin edəcəkdir.
Görüşdə təcrübələrin toplanılması və öyrənilməsi, təhlil metodları,
qiymətləndirmə və digər mövzulara dair brifinqlər təqdim olunub,
nazirliyin kommunikasiya sahəsində prioritet fəaliyyət
istiqamətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Teqlər: