Xəbər - İlhamə İsabalayeva – Trend:
Ünvanlı dövlət sosial yardım almaq üçün müraciətlər edilən zaman kommunal xərclər ailənin xərclərinin hesablanmasında mühüm rol oynayır.
AzerTimes-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, bəzən kiçik ailə olmasına baxmayaraq, ünvanlı sosial yardım almaq üçün müraciət edərkən kommunal xərcləri 300-400 manat həcmində göstərir. Sözsüz ki, kommunal xidmətlərə ayda 400 manat xərcləyən ailənin aztəminatlılıq məsələsi şübhə doğurur. Bu halda şəxs ya gəlirlərini gizlədir, ya da aztəminatlılıq meyarından kənarlaşıb.