Tovuz rayonunda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib.
AzerTimes xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb.
Məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub.
Faktla bağlı araşdırma davam etdirilir.