Bu gün Türkiyənin Bursa şəhərində Türk Dövlətləri Təşkilatının
II Diaspor Forumunun açılış mərasimi keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Türk
Dövlətləri Təşkilatının (TDT), Xaricdə Yaşayan Türklər və Əqrəba
İcmaları Baş İdarəsinin (YTB) ev sahibliyi ilə gerçəkləşdirilən
mərasimdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və
Özbəkistanın dövlət qurumlarının, Bursa valiliyinin və Böyükşəhər
Bələdiyyəsinin rəsmi şəxsləri, diaspor və qeyri-hökumət
təşkilatlarının rəhbərləri, elm xadimləri və ekspertlər iştirak
edirlər.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Türk Dövlətləri Təşkilatının II Diaspor
Forumunda iştirak etmək üçün Türkiyədə səfərdədir.