Azərbaycan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edib.
Sonra Azərbaycan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib.