Komitə küçədə yatan azyaşlı ilə bağlı məlumat yayıb

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Bakıda küçədə yatan azyaşlının görüntüsü yayılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin uşaq dəfələrlə səhiyyə ocağına yerləşdirilib, lakin buna baxmayaraq həmişə oradan qaçıb.

“Sonuncu dəfə təcili yardımla yenidən səhiyyə mərkəzinə yerləşdirilib və ordan da qaçıb. Yenə də Bakı Şəhər Baş Polis İdarəsinə məlumat vermişik. Uşağın ailəsi Bərdədə yaşayır. Ailə üzvləri 5 nəfərdən ibarətdir. Heç birinin qeydiyyatı yoxdur. Məsələ ilə bağlı Bərdə İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya da məlumat vermişik. Komitə tərəfindən aidiyyəti qurumlarla birgə iş aparılır. Hazırda uşağın sənədləri hazırlanır. Görünür ki, narkotik istifadəçisidir və psixoloji vəziyyəti yaxşı deyil”, – məlumatda deyilir.

Teqlər: