Komitə anası öldürülən yeniyetməni nəzarətə götürdü

Komitə anası öldürülən yeniyetməni nəzarətə götürdü

Hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diqqətindədir. Azyaşlı hazırda digər dayısının yanında qalır.

Bu sözləri AzerTimes-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu deyib.

T.Mərdanoğlu bildirib ki, yeniyetmə hazırda komissiyadadır və psixoloqlar onunla söhbətlər aparır:

“Uşağın kimə qəyyumluğa veriləcəyi ilə bağlı məsələnin üzərində isə hələ ki, işlənilmir. Sonrakı müddətdə bununla bağlı uşağın fikirləri öyrəniləcək. Komitə tərəfindən məsələylə bağlı bütün zəruri tədbirlər görüləcək”.

Qeyd edək ki, 14 yaşlı Pərviz İmanovun anası 1976-cı il təvəllüdlü Xalidə Əliyeva 15 noyabrda itkin düşüb. Bir neçə gün sonra onun 1983-cü il təvəllüdlü qardaşı Famil Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub. Ötən gün səhər saatlarında isə onun meyiti rayonun Uzuntəpə kəndi ərazisində hüquq-mühafizə orqanları tərəfindən aşkar edilib.

Teqlər: