Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
AzerTimes xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin ərzaq payı normalarına uyğun müəyyənləşib.
Sıra №-si |
Ərzaq məhsullarının adı |
1 nəfər üçün gündəlik ərzaq norması (qramla) |
1 |
2 |
3 |
1. |
1-ci növ buğda unundan bişirilmiş ağ çörək |
600 |
2. |
2-ci növ buğda unu |
10 |
3. |
Müxtəlif yarmalar |
120 |
4. |
Makaron məmulatları |
40 |
5. |
Ət |
250 |
6. |
Balıq |
120 |
7. |
Bitki yağı |
40 |
8. |
Kərə yağı |
30 |
9. |
İnək südü və ya qatılaşdırılmış şəkərli süd |
100 20 |
10. |
Pendir |
20 |
11. |
Toyuq yumurtası (ədədlə) |
1 |
12. |
Şəkər |
70 |
13. |
Cem (povidlo) |
20 |
14. |
Xörək duzu |
20 |
15. |
Çay |
2 |
16. |
Müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s.) |
0,3 |
17. |
Xardal tozu |
0,3 |
18. |
Dəfnə yarpağı və ya qurudulmuş göyərti |
0,3 |
19. |
Sirkə və ya müxtəlif souslar |
2 |
20. |
Tomat pastası |
6 |
21. |
Kartof və tərəvəz, cəmi: |
850 |
– kartof |
550 |
|
– kələm |
130 |
|
– çuğundur |
30 |
|
– yerkökü |
50 |
|
– soğan |
50 |
|
– xiyar, pomidor, turşu, göyərti |
40 |
|
22. |
Qurudulmuş meyvələr |
10 |
23. |
Təbii meyvə və ya giləmeyvə şirələri |
100 |
24. |
Vitamin preparatı “Heksavit” |
1 |