Xəbər - Fərid Zöhrabov – Trend:
Ötən gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər. Hadrutda açılan bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir.
Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev xatırladıb ki, torpaqlarımız erməni işğalından azad edildikdən sonra, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev vurğulamışdı ki, Azərbaycan ordusu Türkiyə ordusu təcrübəsində daha da təkmilləşdiriləcək:
“Biz artıq bu istiqamətdə atılmış real addımları görürük. Komando hərbi hissələrində xidmət aparan hər bir əsgər Türkiyədə təlim keçib. Bu hərbçilərdən ibarət briqadaların təşkil olunması, Azərbaycan Ordusunun daha dinamik, düşmənə daha çevik cavab verə biləcək qabiliyyətdə olmasını təmin edəcək. Xüsusilə də Hadrut qəsəbəsində belə hərbi hissənin açılması həm düşmənə, həm də düşmənin havadarlarına mesajdır. Belə bir coğrafi yerdə Komando hərbi hissəsinin açılması o deməkdir ki, bundan sonrakı dönəmlərdə də silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşdiriləcək.”
Hərbi ekspert qeyd edib ki, Komando hərbi hissəsini Xüsusi Təyinatlı Qüvvələrdən ayıran əsas fərq odur ki, Komando hərbi hissəsində zabit, gizirlərlə yanaşı xüsusi təlim keçmiş əsgərlər də xidmət edəcək. Xüsusi Təyinatlı Qüvvələrdə isə yalnız zabit və gizirlər xidmət edir. Komando olmaq üçün şəxsi heyət xüsusi kurslardan keçir. Birləşmələrin əsas fəaliyyəti çətin relyefdə döyüş tapşırığını icra etməkdir. Komando hərbi hissəsində xidmət etmək üçün hərbçilər əlbəyaxa döyüş növlərinə yiyələnməklə yanaşı, paraşütlə atlamaq, dağ xizəkçiliyi, snayper və digər fiziki hazırlıq kurslarından keçirlər. Kursu uğurla bitirən heyət komando bölmələrinə daxil edilir və onlara beretlər təqdim olunur.
Komandoların əsas fəaliyyət istiqaməti çətin relyef şəraitində döyüş tapşırıqlarını icra etməkdir. Hansı ki, bu bölmələr sırf texnikaların keçməsinin mümkün olmadığı ərazilərdə əməliyyatlar üçün hazırlanır. Azərbaycan ordusunda bu bölmələrin təşkili icra olunacaq əməliyyatlarda olduqca önəmlidir.
Hərbi ekspert Ədalət Verdiyev də Trend-ə deyib ki, yeni yaradılan komando qüvvələri əvvəlki kəşfiyyat taborları ilə Xüsusi Təyinatlı Qüvvələr (XTQ) arasında orta bir mövqe tutan, xüsüsi vəzifələri, kəşfiyyat vəzifələrini yerinə yetirməkdən ötrü nəzərdə tutulan və yüksək hazırlıqlı bölmələrdir.
Ekspert bildirib ki, komando briqadası XTQ-də xidmət etmək üçün namizəd kadrların hazırlandığı bir hissə kimi də fəaliyyət göstərəcək. “Komando hərbi hissəsinin hərbi qulluqçularının döyüş təyinatında, tərkibində, vəzifələrində də fərq var. Ən üstün vəzifələr Xüsusi Təyinatlı Qüvvələrə, sonra isə komando bölmələrinə və kəşfiyyata aiddir.
Komando tipli hərbi hissələrin sayı kifayət qədər çox olacaq. Onlar birliklərin tabeliyində və tabe olduqları birliklərin maraq dairəsində döyüş vəzifələrini icra etmək üçün nəzərdə tutulub”, – Ə.Verdiyev bildirib.
Ekspert əlavə edib ki, hazırda Azərbaycan ordusunun mənəvi-psixoloji hazırlığı, döyüş qabiliyyəti ən yüksək səviyyədədir və müharibədən sonra da təhlükəsizlik və müdafiə məsələlərinə çox ciddi diqqət yetirilir.
Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev bildirib ki,Torpaqlarımızın erməni işğalından azad edildikdən sonra, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev vurğulamışdı ki, Azərbaycan Ordusu Türkiyə ordusu praktikində daha da təkmilləşdiriləcək:
“Biz artıq bu istiqamətdə atılmış real addımları görürük. Komando hərbi hissələrində xidmət aparan hər bir əsgər Türkiyədə təlim keçmiş insanlardır. Bu hərbçilərdən ibarət briqadaların təşkil olunması, Azərbaycan Ordusunun daha dinamik, çevik düşmənə cavab verə biləcəkqabiliyyətli olmasını təmin edəcəkdir. Xüsusilə də Hadrut qəsəbəsində belə hərbi hissənin açılması həm düşmənə həm də düşmənin havadarlarına mesajdır. Belə bir coğrafi yerdə Komando hərbi hissəsinin açılması o deməkdir ki, bundan sonrakı dönəmlərdə də silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşdiriləcək.”
Hərbi ekspert qeyd edib ki,Komando hərbi hissəsinin Xüsusi Təyinatlı Qüvvələrdən ayıran əsas fərq Komando hərbi hissəsində zabit,gizirlərlə yanaşı xüsusi təlim keçmiş əsgərlərdə xidmət edəcək. Xüsusi Təyinatlı Qüvvələrdə isə yalnız zabit və gizirlər xidmət edir. Komando olmaq üçün şəxsi heyyət xüsusi kurslardan keçir. Birləşmələrin əsas fəaliyyəti çətin relyefdə döyüş tapşırığını icra etməkdir. Komando hərbi hissəsində xidmət etmək üçün əlbəyaxa döyüş növlərinə yiyələnməklə yanaşı paraşütlə atlamaq, dağ xizəkçilik, snayper və digər fiziki hazırlıq kurslarından keçirlər.Kursu uğurla bitirən heyət komando bölmələrinə daxil edilir və onlara beretlər təqdim olunur.
Dağlar, meşələr və küçə döyüşləri üçün xüsusi təlimlərdən keçərək ən çətin tapşırıqların icrası üçün hazırlanırlar. Azərbaycan ordusunun bölmələr arasında effektiv qarşılıqlı əlaqənin təmin edilməsi üçün komando hərbi hissəsi yaradılıb.
Komandoların əsas fəaliyyət istiqaməti çətin relyef şəraitində döyüş tapşırıqlarını icra etməkdir. Hansı ki, bu bölmələr sırf texnikaların keçməsinin mümkün olmadığı ərazilərdə əməliyyatlar üçün hazırlanır.Azərbaycan ordusunda bu bölmələrin təşkili icra olunacaq əməliyyatlarda olduqca önəmlidir.