Erməni separatçı-terrorçuların Qatrabağdan gedərkən silahları gizlətdiyi barədə iddialar təsdiqlənməkdədir.
AzerTimes xəbər verir ki, qondarma və keçmiş “dq”nin “müdafiə qüvvələrinin birinci komandanı” Arkadi Karapetyan da erməni mediasına müsahibəsində bunu dolayısı ilə etiraf edib.
O bildirib ki, silahlarını Azərbaycana təhvil verməyən, ancaq “Laçın” postundan keçirməyə qorxduqlarından, Ermənistana gətirməyən onlarla silahlı şəxs tanıyır.
Karapetyan “türkə (azərbaycanlılara – red.) qalmasın deyə” bəzi silahların məhv edildiyini də bildirib.