Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət milli komandası növbəti görüşünü keçirib.
AzerTimes-ın məlumatına görə, IX turda Hindistanın 2-ci yığması ilə qarşılaşan kollektiv sülhə razılaşıb.
Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz oyunlarını heç-heçə ilə başa vurub. Nicat Abbasov rəqibinə qalib gəlsə də, Vasif Durarbəylinin məğlubiyyəti komandanın qələbə qazanmasına mane olub.