Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək komandamız plana uyğun olaraq hazırlıq məşqlərini davam etdirir.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hərbi dənizçilərimiz “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodu üzrə məşq çalışmalarını yerinə yetiriblər.
Qeyd edək ki, cari ilin avqust ayının 15-dən 25-dək keçiriləcək beynəlxalq müsabiqədə Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçiləri mübarizə aparacaqlar.