Komandamız Bakıda üçüncü oldu

Komandamız Bakıda üçüncü oldu

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku davam edir.

AzerTimes xəbər verir ki, daha əvvəl çoxnövçülükdə bürünc medal qazanan qrup hərəkətləri komandamız final görüşünü keçirib. Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Dariya Sorokina və Ləman Əlimuradovadan ibarət komanda beş halqa ilə çıxış edib.

Onlar 36.100 xal toplayaraq bürünc medala sahib çıxıblar.

Birinci yeri isə Yaponiya komandası tutub.

Qeyd edək ki, qrup hərəkətləri komandamızı üç lent və iki topla daha bir final gözləyir.

Teqlər: