Komanda oyunu: Kaspersky və Fnatic əməkdaşlığa başlayır

Kaspersky peşəkar kiber idman təşkilatı Fnatic ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Şirkətlər çoxkanallı rəqəmsal məzmun yaratmaq və onlayn tədbirlər keçirmək də daxil olmaqla, birgə təşəbbüslərlə çıxış edəcəklər. Bundan əlavə, Kaspersky loqosu “League of Legends” e-idman platformasında oynayan Fnatic Rising komandasının köynəklərinə əlavə ediləcək. Tərəfdaşlıq Kaspersky tərəfindən 2021-ci il üçün kompüter oyunları bazarı haqqında hazırlanan strategiya çərçivəsində bağlanıb.

Fnatic şirkəti kiber idmanın inkişafında fəal iştirak edir: tədbirlərə və çempionatlara sponsorluq edir, eyni zamanda geymerlərin ehtiyaclarını nəzərə alaraq öz həllərini təkmilləşdirir. Kaspersky-nin ev istifadəçiləri üçün flaqman məhsulları sistemin taranması və yeniləməsini həyata keçirməyən, bildirişləri göstərməyən oyun rejiminə malikdir. Buna görə də, oyunçunun diqqəti yayınmır və cihazın gücü boş yerə israf edilmir.
Onlayn oyunların populyarlığı kiber cinayətkarlar üçün də böyük imkanlar yaradır. Belə ki, 2020-ci ildə aparılmış sorğuya* görə, Rusiyada demək olar ki hər dördüncü oyunçu skam kimi bir saxtakarlıq növü ilə üzləşib, 18,5%-nin qiymətli oyun artefaktları ya itirilib, ya oğurlanıb, 7%-nin isə avtorizasiya məlumatları ələ keçirilib. Kaspersky mütəxəssisləri bu cür vəziyyətlərdən necə qurtulmaq barədə tez-tez danışırlar.
“Biz rəqəmsal məkanı təhlükəsiz etmək istəyirik ki, hər kəs texnologiyanın onlara təqdim etdiyi sonsuz fürsətlərdən istifadə edə bilsin”, – deyə Kaspersky-nin Rusiya, Qafqaz və Orta Asiya ölkələri üzrə marketinq rəhbəri Oleq Qudilin bildirib. “Biz Fnatic ilə əməkdaşlığa başlamaqdan və ən məşhur idman komandalarından birini dəstəkləməkdən, həmçinin peşəkar cəmiyyətdən geniş geymer auditoriyası üçün məhsullarımızı təkmilləşdirməyə imkan verən məlumatlar almaqdan məmnunuq”.

“Kaspersky ilə birlikdə işləməkdən və dünyadakı pərəstişkarlar və oyunçularla kiber idmanda informasiya təhlükəsizliyinin vacibliyi haqqında dialoq aparmaqdan məmnunuq,” Fnatic CEO-su Sem Metuz deyib. “Kaspersky oyun prosesini təhlükəsiz hala gətirməyə çalışır və bu bizim missiyamıza uyğundur”.
Ortaq təqdimatlar və onlayn tədbirlər üçün Kaspersky və Fnatic-in rəqəmsal kanallarından istifadə ediləcək. Şirkətlər oyunçulara kiber təhdidlərdən necə xilas olmaq, oyun aktivlərini necə qorumaq və oyunun lazımi sürətdə getdiyinə və kəsilməyəcəyinə necə əmin olmaq barədə danışacaqlar.

Fnatic haqqında


Fnatic mərkəzi Londonda yerləşən, 2004-cü ildə Sem Metyuz (Sam Mathews) tərəfindən qurulan, kiber idman əyləncəsi sahəsində çalışan beynəlxalq bir şirkətidir. O, oyunçuları və oyun yaradıcılarını axtarır və irəli çəkir. Fnatic komandaları 30 fərqli oyun üzrə 200-dən çox çempionatda özlərini təsdiqləyiblər. Şirkət aparıcı istehsalçılara gənclərlə qarşılıqlı əlaqə və dialoq qurmağa kömək edir. Londondan Tokioya qədər uzanan ofis və meydançalarında Fnatic, sənayenin qabaqcıl imkanlarını, materiallarını və tədbirlərini təqdim edir. Fnatic.com-da daha çox məlumat əldə edə bilərsiniz.

*Sorğu Kaspersky-nin sifarişi əsasında Savanta şirkəti tərəfindən 2020-ci ilin noyabrında aparılıb. Rusiyada 509 respondent sorğuya cəlb edilib. Nəticələr masaüstü kompyuterlərdə oynayan respondentlərin cavablarına əsaslanır.

Teqlər: