Kolumbiyanın qərbində etiraz aksiyası zamanı iğtişaşlar baş verib.
AzerTimes-ın “Efe Eme” radiostansiyasına istinadən verdiyi məlumata görə, Kali şəhərində baş verən iğtişaşlarda azı 10 nəfər həlak olub.
Məlumata əsasən, şəhərin müxtəlif rayonlarında çoxsaylı vandalizm və oğurluq halları qeydə alınıb.
Qeyd edək ki, mayın 28-i Kolumbiya prezidenti İvan Duke Kali şəhərinə əlavə qoşunların göndərilməsini tələb edib.