Kolumbiyada tribuna çökdü: ölən və yaralanan var – Video

Kolumbiyada tribuna çökdü: ölən və yaralanan var – Video

Kolumbiyanın El-Espinal şəhərində öküz döyüşü zamanı stadionun tribunalarından biri uçub.

AzerTimes xəbər verir ki, hadisə zamanı azı 4 nəfər ölüb, 500 nəfər xəsarət alıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.

Kadrlardan görünür ki, tribuna azarkeşlərin ağırlığına tab gətirə bilməyib və bundan sonra öküzlərin qaçdığı döyüş meydanına çöküb.

Bundan əlavə, tribunanın düşməsi zamanı meydançada qəzəbli öküzlər olub. Buna görə də zərərçəkənləri onlardan da xilas etmək lazım gəlib. Yaralılar xəstəxanalara çatdırılıb.

Teqlər: