Kolumbiyanın qərbində yerləşən Pereyra şəhərində güclü yağışdan sonra torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 29 nəfər yaralanıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Kolumbiya Risklərin İdarəolunması üzrə Milli İdarəsi bildirib.
Hazırda ərazidə geniş axtarış-xilasetmə əməliyyatları aparılır.
Qeyd olunur ki, Doskebradas bələdiyyəsində torpaq sürüşməsi nəticəsində bir neçə yaşayış binası torpaq kütləsi altında qalıb. Yerli KİV-lər daha iki nəfər itkin düşdüyünü bildirir.