Kolumbiyada törəldimiş terakt nəticəsində azı 18 nəfər xəsarət alıb

Kolumbiyanın Boqota şəhərində polis məntəqəsi yaxınlığında
partlayış baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində
altısı azyaşlı olmaqla 18 nəfər xəsarət alıb. Bir azyaşlının
vəziyyəti ağır kimi qiymətləndirilir. Zərərçəkmişlər xəstəxanalara
yerləşdiriliblər.

Yerli hüquq-mühafizə orqanları partlayışın terror aktı olduğunu
bildirərək, hadisəni törədənlər haqqında məlumat müqabilində 80 min
dollar mükafat veriləcəyini elan edib.