Kolumbiyanın Səhiyyə və Sosial İşlər Nazirliyi 24 saat ərzində koronavirusa 30 000 yeni yoluxma hadisəsi barədə bildirib, bu da ölkə üçün gündəlik yoluxma üzrə ən yüksək göstərici olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Nazirlik öz “Twitter” səhifəsində yazıb.
Məlumata əsasən, əvvəlki antirekord bir gün əvvəl qeydə alınıb (28 624 yoluxma), ölkədəki rekord göstəricilər ardıcıl dördüncü gün qeyd olunur:
“4 iyun tarixində Kolumbiyada 25 040 xəstənin sağaldığını, 30 000 yeni yoluxma və 537 ölüm hallarını təsdiq etdik. Nəticədə sağalan xəstələrin sayı 3 277 100-ə, koronavirus xəstələri 3 518 046, ölüm halları 90 890-a çatıb”.