Kolumbiyanın qərbində nümayişçilərlə polis arasında baş verən toqquşmalar nəticəsində ən azı iki nəfər ölüb, 20-dən çox yaralanıb.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisələr Yumbo bələdiyyəsində (Valle-del-Kaukanın qərb departamenti) baş verib. Etirazçılar bir neçə polis postuna hücum ediblər. Onlarla hüquq-mühafizə orqanları əməkdaşları arasındakı toqquşmalar nəticəsində iki nəfər ölüb. Altı polis məmuru da daxil olmaqla 28 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xatırladaq ki, Kolumbiyada vergi islahatlarına qarşı 28 apreldən bəri davam edən nümayişlərdə 1000-dən çox insan yaralanıb, ən azı 42 nəfər ölüb.