Kolumbiyada ötən sutka ərzində koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, son sutka koronavirusdan 540 nəfər ölüb: “Maıyn 29-u biz 19 661 koronavirus xəstəsinin sağalmasını, 20 494 yeni yoluxma halı və 540 ölüm halı qeydə almışıq”.
Bildirilir ki, koronavirusa yoluxanların ümumi sayı 3 141 549 nəfərə, koronavirusdan sağalanların sayı 3 363 061 nəfər, ölənlərin sayı isə 87 747 nəfərə çatıb.