Kolumbiyada iki jurnalist öldürüldü

Kolumbiyada iki jurnalist öldürüldü

Kolumbiyanın Maqdalena departamentində avtomobilə silahlı hücum zamanı 2 jurnalist öldürülüb, digəri isə yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Karakol” radiostansiyası məlumat yayıb.

Belə ki, naməlum şəxslər Leyner Montero, Diliya Kontreras və Xoakin Qutyerresin olduğu avtomobilə odlu silahdan atəş açıblar. Montero və Kontreras hadisə yerində ölüb, Qutyerres ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

Leyner Montero yerli radionun rəhbəri idi. Digər jurnalistlər bir neçə media qurumunda işləyiblər.

Teqlər: