Kolumbiyada iğtişaşlar zamanı 30-a yaxın insan yaralanıb

Kolumbiyanın Hamundi şəhərində etiraz aksiyaları zamanı baş verən iğtişaşlar nəticəsində ən azı 28 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

AzerTimes-ın məlumatına görə, bu barədə şəhərin meri Andres Felipe Ramires bildirib.

O qeyd edib: “Beşi qadın olmaqla 26 mülki şəxs yaralanıb. İki polis əməkdaşı xəsarət alıb”.


Şəhər başçısı 18 nəfərin saxlanıldığını da deyib.