Kolumbiyanın şimalında avtobusun dərəyə aşması nəticəsində azı 6
azyaşlı həlak olub.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Santander
departamentinin qubernatoru Maurisio Hurtado məlumat verib.
“Təəssüf ki, Laguna de Ortises – San Andrés yolunda məktəbli
avtobusunun qəzaya uğramasını və nəticədə altı azyaşlının həlak
olduğunu təsdiq etməliyəm. Böyüklər və uşaqlar da daxil olmaqla
daha 15 nəfər yaralanıb”, – qubernator “Twitter” səhifəsində
bildirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.