Kolumbiyanın mərkəzi hissəsində 5,1 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın Kolumbiyanın Milli Seysmologiya Mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla 17:44-də (02:44 GMT+4, 3 aprel) qeydə alınıb. Yeraltı təkanların episentri 29 min sakinin yaşadığı Riosusiyo bələdiyyəsində (Çoko departamenti), ocağı isə 30 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.