Kolumbiyada 4,5 bal gücündə zəlzələ olub

Kolumbiyanın mərkəzi hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Kolumbiyanın Milli Seysmologiya Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Paes bələdiyyəsində (Boyaka departamenti), ocağı isə 30 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.