Kolumbiyanın mərkəzi hissəsində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 18:55-də Los Santos bələdiyyəsində (Santander Mərkəzi Departamenti) baş verib. Təkanların ocağı 154 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.