Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Livana səfəri təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti xarici siyasət idarəsindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, nazirin səfərini təxirə salmasına səbəb təyyarədəki texniki nasazlıq olub. Belə ki, Kollonnanı daşıyan təyyarə Adriatik dənizi üzərindən geri dönərək Fransaya qayıtmağa məcbur olub.
Bildirilib ki, problem yerli vaxtla təxminən saat 10:00-da Kolonna artıq Livana doğru uçarkən aşkar edilib. Hökumətin “Falkon” təyyarəsi İtaliya ərazisində dönüş etmək məcburiyyətində qalıb. O, Fransanın İle-de-Frans bölgəsindəki hava bazasına enib.
Təyyarədən günün sonuna qədər istifadə edilməyəcəyi qeyd olunub.