Fransanın xarici işlər naziri Ketrin Kolonna İsrailə səfər edə bilib.
AzerTimes xəbər verir ki, “Frans-24” Kolonnanın Təl-Əvivdə israilli həmkarı Eli Kohenlə birgə mətbuat konfransında Parisin Fələstin ərazisindəki vəziyyətdən dərin narahat olduğunu vurğulayıb.
“Həddindən artıq çox mülki şəxs ölür. Fransa Qəzzada dərhal və davamlı atəşkəsə çağırır”, – Kolonna bildirib.
O, eyni zamanda, HƏMAS-ın 7 oktyabr hücumunun qurbanlarının unudulmamalı olduğunu da xatırladıb.
Qeyd edək ki, Kolonna İsrailə ötən gün getməliydi. Lakin texniki nasazlığa görə onun təyyarəsi İtaliya üzərindən geri dönmüşdü.