Fransanın xarici işlər naziri Ketrin Kolonna Fələstin xarici işlər naziri Riyad əl-Malik ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Kolonna X hesabında paylaşım edib.
Məlumata görə, telefon danışığı zamanı tərəflər Qəzza zolağındakı vəziyyəti və anklav əhalisinə humanitar yardımın çatdırılmasını müzakirə ediblər.