Fransanın xarici işlər naziri Katrin Kolonna Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə İstisuya (Cermuk) səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Kolonna səfəri zamanı AB-nin missiyasının işini yüksək qiymətləndirib. O, missiyanın gərginliyi azaltmağa və sərhəddəki vəziyyət haqqında məlumat almağa imkan verdiyini qeyd edib.