Xaricdə yaşayan azərbaycanlı uşaqlara doğma dilimizin və tariximizin tədrisi prosesinə Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Evi də qoşulub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, sentyabrın 11-dən Köln şəhərində, Neusser Ştrasse 723 ünvanında yerləşən Azərbaycan Evində Azərbaycan dili, ədəbiyyatı və tarixi kurslarına start verilib.
Ana dilimizin unudulmaması, ədəbiyyatımızın və tariximizin tədrisi məqsədi ilə təşkil edilən kurslarda Köln şəhərində və ətrafında yaşayan həmvətənlərimizin övladları iştirak edirlər. Kurs iştirakçılarına bu fənnləri Bakı Dövlət Universitetinin məzunu Mehman Kərimov tədris edir. Dərslər hər həftənin şənbə günü saat 13:00-da keçirilir.