Kolin Kol vəzifədən gedir

Kolin Kol vəzifədən gedir

ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bu yay istefa verəcək.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostinin yaydığı yazılı bəyanatda deyilir.

“Bu gün Kolin Kol iyulun ortalarında vəzifəsini tərk edəcəyini açıqladı”, – sənəddə deyilir.

Qeyd edək ki, K.Kolun vəzifədən getmə səbəbi açıqlanmır. Kolun yerinə kimin keçəcəyi barədə məlumat verilmir.

Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsi Pentaqonun üçüncü ən vacib vəzifəsidir.

Teqlər: