“Kölgə adam”ın ölümü təsdiqləndi

“Kölgə adam”ın ölümü təsdiqləndi

HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadasının komandir müavini Mərvan İsanın ölüm xəbəri təsdiqlənib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat verib.

“HƏMAS-da üç nömrəli adam olan Mərvan İsa ötən həftə İsrailin keçirdiyi əməliyyatda öldürülüb”, – o bildirib.

ABŞ prezidenti və İsrailin baş naziri bir aydan çox müddətdə ilk dəfə bu məsələ ilə bağlı telefon danışığı aparıb.

Qeyd edək ki, “Kölgə adam” ləqəbli Mərvan İsa oktyabrın 7-də İsrailə hücumu planlaşdıran və HƏMAS-ın hərbi əməliyyatlarına rəhbərlik edən üç yüksək səviyyəli HƏMAS liderindən biri olub. “Röyters” onun ölümü barədə məlumatı 12 martda yaysa da, rəsmilər araşdırma aparıldığını bildirmişdilər.

Teqlər: