İsrail ordusu HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadasının komandirlərindən biri Mərvan İsanın Qəzzaya endirilən hava zərbəsində ölməsi ilə bağlı xəbərləri araşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, yaxşı gizlənə bilmə qabiliyyətinə görə “kölgə adam” kimi tanınan Mərvan İsa oktyabrın 7-də İsrailə hücumu planlaşdıran və HƏMAS-ın hərbi əməliyyatlarına rəhbərlik edən üç yüksək səviyyəli HƏMAS liderindən biri olub.
Qeyd edək ki, ölüm xəbəri təsdiq olunarsa, o, son beş aylıq müharibədə Qəzzada öldürülən HƏMAS-ın ən yüksək rəsmisi olacaq.