Kolerovdan erməni mediasına şok: Hanı sərhədiniz?

Kolerovdan erməni mediasına şok: Hanı sərhədiniz?

Əgər KTMT-nin sizin sərhədləri müdafiə etməsini istəyirsinizsə, əvvəlcə, o sərhədlərə sahib olmalısınız. Sərhəd – rəsmi olaraq yoxdur, müəyyən edilməyib və Ermənistan özü bu problemi etiraf edib.

AzerTimes xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında “Reqnum” agentliyinin baş redaktoru, tarixçi, ermənipərəstliyi ilə tanınan Modest Kolerov deyib.

“Bundan başqa, KTMT üzvlərinin böyük əksəriyyəti Azərbaycanın tərəfindədir. Bu, Ermənistanın ən böyük çatışmazlığıdır. Təşkilatda qərarlar konsensus əsasında qəbul edilir, çoxluq isə Azərbaycanın yanındadır. Beləliklə, KTMT müdaxilə etməyəcək”, – Kolerov bildirib.

O qeyd edib ki, daha bir problem KTMT üzvləri arasındakı konfliktdir (Tacikistan-Qırğızıstan konflikti nəzərdə tutulur – red.) və bu, hazırda davam edir.

O əlavə edib ki, Azərbaycanın üstünlüyünün səbəbi Ermənistanın “geri çəkilə biləcəyinə” ümid verməsidir:

“Paşinyan Bakının 5 prinsipini qəbul edir, sonra isə əlavəsi olduğunu deyir. Ancaq bura Şərqdir, burda elə davranmazlar. Bundan başqa, Paşinyan deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, əgər Ermənistanın 29,8 min kv.km-lik ərazisindən çəkilərsə. Bu, Qarabağ məsələsində daha bir ictimai geriçəkilmədir”.

Onun sözlərinə görə, Bakının genişmiqyaslı müharibəyə başlamasına ehtiyacı yoxdur, çünki hələlik bütün Ermənistanı almaq vəzifəsini qarşısına qoymayıb.

Kolerov İranın Bakını 44 günlük savaşdakı qələbə münasibəti ilə təbrikinə də toxunub:

“Bu, pis işarədir, o deməkdir ki, İran artıq “balans” siyasətini saxlaya bilmir. İranın ümidi yoxdur. Tehran deyir ki, sərhədlərin dəyişməsinə qarşıdır. Ancaq bu, zəif bəyanatdır, yəni sərhəd saxlanıla bilər, ancaq dəhliz eksterritorial olacaq”.

Teqlər: