Kolarov sirləri açdı: Nikol Əliyevə bu vədi verdi

Kolarov sirləri açdı: Nikol Əliyevə bu vədi verdi

Ermənipərəst mövqeyi ilə tanınan Rusiyanın tanınmış “Reqnum” analitik saytının baş redaktoru Modest Kolerov Ermənistan Baş naziri Nikol Paşinyanın 2022-ci il sentyabr ayında Azərbaycan lideri İlham Əliyevə dediyi sözləri ictimaiyyətə açıqlayıb.

AzerTimes xəbər verir ki, Kolerov 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə üçtərəfli bəyanat qəbul olunandan sonra Paşinyanın müəyyən tələblər irəli sürdüyünü bildirib.

“Amma bu ilin 6 sentyabrında Zəngəzur məsələsi ilə bağlı Paşinyan Əliyevə dedi ki, geriyə çəkilin və mən Azərbaycan tərəfinin bütün tələblərini qəbul etməyə hazır olacam. Ən əsası isə Nikol dedi ki, Bakı irəliləməsə, o artıq heç bir tələb irəli sürmədən lazimi sənədlərə qol çəkəcək”, – deyə Kolarov qeyd edib.

Xatırladaq ki, ənənəvi erməni yalanına əl atan Paşinyan bu vədinin üzərindən cəmi 6 gün sonra Azərbaycan sərhədində təxribat törədərək, hərbçilərimizin şəhid olmasına səbəb oldu. Bunun nəticəsində isə Azərbaycan Ordusu 12-13 sentyabr tarixlərində cavab zərbəsi ilə düşmənin strateji hərbi hədəflərini və canlı qüvvəsini tamamilə məhv etdi.

Teqlər: