Köhnə kompüterin sürətini necə artırmaq olar? (FOTO)

Köhnə kompüteriniz var və onu yeni aldığınız hala gətirmək
istəyirsiniz. Bu yazıda bunu sizə izah etməyə çalışacağıq.

Klaviaturada “Windows+R” düyməsini sıxın. Qarşınıza çıxan
“işləyir” yerinə “cleanmgr” yazıb “tamam” düyməsinə sıxın. Burada
olan hər şeyi seçib “sistem fayllarını təmizlə “ düyməsini basırıq.
Daha sonra “Ctrl+Shift+Esc” düyməsini sıxın. Açılan pəncərədən
“başlanğıc” menyusuna daxil olun. Burada yerləşən “hər şeyi qeyri
aktiv et” düyməsini sıxın. Xatırlatmaq istərdim ki, bu, proses
“Windows 10” üçün keçərlidir.

Klaviaturada “Windows+R” düyməsini sıxın, açılan yerə “%temp%
yazıb “tamam” düyməsinə sıxın. Burada olan hər şeyi silin.

“Windows+R” düyməsinə təkrar basın. Açılan yerə “msconfig” yazıb
“tamam” düyməsini sıxın. Açılan pəncərədən “önyükləmə” yerinə daxil
olun. “Təkmilləşmiş seçimlər”ə daxil olun. “Prosessorların sayını”
maksimuma çıxardıqdan sonra “tamam”a basın və “müraciət edin”
düyməsini sıxın.

Kompüterinizi söndürüb yenidən açın!

Teqlər: