Köhnə “iPhone”-lar “WhatsApp”-ı dəstəkləməyəcək

“WhatsApp” messencerinin tərtibatçı komandası iOS 10 və iOS 11
platformasında çalışan “iPhone” smartfonlarında tətbiqin dəstəyini
dayandırırlar.

Trend xəbər
verir ki, bu barədə “WABetaInfo” portalı redaksiyaya daxil olnuş
bildirişə əsasən məlumat yayıb.

Qeyd olunur ki, 24 oktyabr 2022-ci il tarixindən etibarən “WhatsApp” iOS 10 və iOS 11 əməliyyat sistemli cihazlarda
dəstəklənməyəcək. “WhatsApp”-ın veb-saytının FAQ bölməsində iOS 12
minimum tələb olunan əməliyyat sistemi kimi qeyd olunub.

Beləliklə, “WhatsApp” artıq iPhone 5 və iPhone 5C
smartfonlarında çalışmayacaq, çünki iOS 12 həmin cihazlar üçün
mövcud deyil.